Hər zaman aşağı qiymətpremium keyfiyyət

Cart 0

Agent kimi

Agent kimdir və agent olmağın üstünlükləri nədir.

“FloorEx” şirkəti Avropa istehsalı olan yer örtüklərinin topdan və pərakəndə satışı və eyni zamanda quraşdırılması ilə məşğul olan yerli şirkətdir. “FloorEx” şirkəti təqdim etdiyi bütün məhsulların Azərbaycanda rəsmi distibyutorudur.

Şirkətimiz bir neçə satış kanalları vasitəsi ilə öz müştərilərinə çatır ki, bunlardan biri də agent satış kanalıdır. Agent – daimi alış etmək və ya satış formalaşdırmaq imkanı olan fiziki (usta, prorab, dizayner, memar, layihə rəhbəri və s.) və ya hüquqi şəxslər (dizayn və ya memarlıq studiyası və s.) ola bilər. Bu satış kanalı vasitəsi ilə şirkətin məhsul portfelində mövcud olan bütün məhsullar satılar. Hazırda şirkətimiz ilə əməkdaşlıq edən 50-ə yaxın agent mövcuddur. Bununla yanaşı, “FloorEx” şirkəti daima öz əməkdaşlarının sayını artırmaq üçün lazımı addımları atır.

Siz bizimlə agent kimi fəaliyyətə başladıqda, şirkət tərəfindən “KVADRAT KART” ilə təmin edirsiniz. Bu kartı öz səliqəli görünüşü ilə yanaşı özündə 3 əsas funksiyanı birlədirir:

  • YIĞIM – Ay ərzində etdiyiniz satış dövriyyələrinə uyğun olaraq gəlir əldə edəcəksiniz. Daha çox dövriyyə, daha çox gəlir deməkdir.
  • ENDİRİM – Agentlər və ya onların müştəriləri “KVADRAT KART” vasitəsi ilə “FloorEx” sərgi salonunda mövcud olan standart endirimlərdən daha artıq endirim əldə etmək imkana malikdirlər.
  • BONUS – İl ərzində etdiyiniz satış dövriyyələrinə uyğun olaraq hədiyyələr əldə edəcəksiniz. Daha çox dövriyyə, daha dəyərli hədiyyə deməkdir.

Bundan başqa agent olaraq, aşağıdakı üstünlüklərə malik olursunuz:

  • Lazımı reklam vasitələri ilə təminat.
  • Mütamadi olaraq məhsulların tekniki göstəriciləri və üstünlükləri haqqında keçirilən təlimlərə dəvət.
  • Özünüz birbaşa mağazaya yaxınlaşmadan satış etmək imkanı.
  • “Agent Satış Koordinatoru” tərəfindən həftənin bütün günləri zənglərin və istəklərin cavablandırılması.

Agent olmağın əsas şərtləri:

  • Təmir-tikinti sahəsində çalışan mütəxəssis olamalısınız (memar, dizayner, mühəndis, iş icraçısı, usta və s.),
  • “FloorEx” sikəti təfindən təklif olunan məhsulların işlərinizdə və lahiyyələrinizdə istafadə edilməsini təmin etmək bacarığında olmalısınız,
  • “Floorex” şirkətinin agent qeydiyyatından keçməlisiniz.

Əgər siz göstərilən  şərtlərə uyğunsunuzsa və əməkdaşlıqda maraqlısınızsa, o zaman “Agent məlumat blankı”-nı yükləyin, doldurun və info@floorex.az ünvanına göndərin. Əməkaşlarımız sizin müraciətinizi nəzərdən keçirdikdən sonra sizlə əlaqə saxlayacaqlar.

Daha ətraflı məlumat üçün, mağazamıza zəng vuraraq “Agent Satış Koordinatoru” ilə əlaqə saxlaya bilərsiniz.

Floorex © 2025. Bütün hüquqlar qorunur.

ThemeREX © 2025. All Rights Reserved.