Diler kimdir və diler olmağın üstünlükləri nədir.
“FloorEx” şirkəti Avropa istehsalı olan yer örtüklərinin topdan və pərakəndə satışı və eyni zamanda quraşdırılması ilə məşğul olan yerli şirkətdir. “FloorEx” şirkəti təqdim etdiyi bütün məhsulların Azərbaycanda rəsmi distibyutorudur.
Şirkətimiz bir neçə satış kanalları vasitəsi ilə öz müştərilərinə çatır ki, bunlardan biri də diler satış kanalıdır. Bu satış kanalı vasitəsi ilə əsasən şirkətin anbarında daimi mövcud olan parket və laminat məhsulları dağıdılır. Hazırda şirkətimizin Bakı və regionlarda yerləşən 100-ə yaxın nöqtədən ibarət diler şəbəkəsi mövcuddur. Bununla yanaşı, “FloorEx” şirkəti daima öz diler şəbəkəsini təkminləşdirmək və böyütmək üçün lazımı addımları atır. Məhz siz bizim yeni dilermiz ola bilərsiniz!
Siz bizim dilerimiz olmaqla aşağıdakı üstünlükləri əldə etmiş olursunuz:
- Diler mağazaya “FloorEx” şirkəti tərəfindən səliqəli və baxımlı stendlərin yerləşdirilməsi.
- Pərakəndə satış qiymətləri ilə diler satış qiymətləri arasında olan fərqdən formalaşan qazanc əldə etmək imkanı.
- Lazımı reklam vasitələri ilə təminat.
- Mütamadi olaraq məhsulların tekniki göstəriciləri və üstünlükləri haqqında keçirilən təlimlərə dəvət.
- Diler tərəfdən sifariş olduqda, məhsulun dilerin mağazasına çatdırılması.
- Qabaqcıl dilerlərə təqdim edilən mükafatlar.
- “Diler Satış Koordinatoru” tərəfindən həftənin bütün günləri zənglərin və istəklərin cavablandırılması.
Diler olmağın əsas şərtləri:
- Diler olmaq istəyən şəxs, mütləq şəkildə tikinti materiallarının satışı ilə məşğul olan mağazaya malik olmalıdır.
- Diler, fəaliyyət göstərdiyi obyekt və ya mağazada “FloorEx” şirkətinin stendini və reklam vasitələrini yerləşdirməlidir.
- Diler ona təqdim edilən malın satışını “FloorEx” şirkətinin qiymət siyasətinə uyğun olaraq həyata keçirməlidir.
- Malı qəbul edərkən satılan malın məbləğini şirkətinin səlahiyyətli əməkdaşına tam şəkildə ödəməlidir.
Əgər siz göstərilən şərtlərə uyğunsunuzsa və əməkdaşlıqda maraqlısınızsa, o zaman “Diler məlumat blankı”-nı yükləyin, doldurun və info@floorex.az ünvanına göndərin. Əməkaşlarımız sizin müraciətinizi nəzərdən keçirdikdən sonra sizlə əlaqə saxlayacaqlar.
Daha ətraflı məlumat üçün, baş ofisə zəng vuraraq “Diler Satış Koordinatoru” ilə əlaqə saxlaya bilərsiniz.