Topdançı kimdir və topdançı olmağın üstünlükləri nədir.
“FloorEx” şirkəti Avropa istehsalı olan yer örtüklərinin topdan və pərakəndə satışı və eyni zamanda quraşdırılması ilə məşğul olan yerli şirkətdir. “FloorEx” şirkəti təqdim etdiyi bütün məhsulların Azərbaycanda rəsmi distibyutorudur.
Şirkətimiz bir neçə satış kanalları vasitəsi ilə öz müştərilərinə çatır ki, bunlardan biri də topdan satış kanalıdır. Bu satış kanalı vasitəsi ilə əsasən şirkətin anbarında daimi mövcud olan parket və laminat məhsulları dağıdılır. Hazırda şirkətimizin Bakı və regionlarda yerləşən bir sıra topdançı ımıkdaşları mövcuddur. Bununla yanaşı, “FloorEx” şirkəti daima öz topdançılarının sayını artırmaq üçün lazımı addımları atır. Məhz siz bizim yeni topdançımız ola bilərsiniz!
Siz bizim topdançımız olmaqla aşağıdakı üstünlükləri əldə etmiş olursunuz:
- Ən əlverişli şərtlərlə yüksək qazanc imkanı.
- Öz diler şəbəkəsini qurmaq və ya bazara mal paylamaq imkanı.
- Lazımı reklam vasitələri ilə təminat.
- Şirkət tərəfindən sifarişin topdançıya çatdırılması.
- “Topdan Satış Koordinatoru” tərəfindən həftənin bütün günləri zənglərin və istəklərin cavablandırılması.
Topdançı olmağın əsas şərtləri:
- Təyin edilmiş minimal saydan az olmamaq şərti ilə alış etmək.
- Nəğd ödəniş.
- Malın satışını “FloorEx” şirkətinin qiymət siyasətinə uyğun olaraq həyata keçirməlidir.
Əgər siz göstərilən şərtlərə uyğunsunuzsa və əməkdaşlıqda maraqlısınızsa, o zaman öz istəyinizi info@floorex.az ünvanına göndərin. Əməkaşlarımız sizin müraciətinizi nəzərdən keçirdikdən sonra sizlə əlaqə saxlayacaqlar.
Daha ətraflı məlumat üçün, baş ofisə zəng vuraraq “Topdançı Satış Koordinatoru” ilə əlaqə saxlaya bilərsiniz.