Qonaq otağı evimizin əsl simasıdır. Bizim qonaqpərvər bir xalq olduğumuzu nəzərə alsaq, qonaq otağının önəmini bizim üçün daha çox olduğunu görmüş olarıq. Qonaqlarımızı evimizə qürurla dəvət etmək üçün qonaq otağımıza seçəcəyimiz döşəmənin digər xarakteristikalarından daha çox xarici görünüşünə diqqət etməliyik.
Bu halda qonaq otağın görünüşü həm sizin zövqünüzün, həm sosial durumunuzun, həm dəblə və müasir dizaynla ayaqlaşmanızın əksidir. Bu şərtlərə üyğun ən universal seçim taxta döşəmələridir. Təbii məhsul olaraq bu seçim təkçə görünüş və toxunuş nəzərdən yox, sağlam mühit nəzərindən də vacibdir.
Parket yer döşəmələri öz təkrarolunmaz teksturaları ilə sizə rahatlıq gətirir və daha dolğun istirahətinizi təmin edisr. Qabaqcıl texnologiyalar əsasında yaradılan parketin üst örtükləri sizi kifayət gədər davamlı və dözümlü döşəmə ilə təmin edir.
Lakin laminat örtüklərindən də istifadə olunması məqsədəuyğundur. Sərfəli qiymət və yüksək dözümlüklə bərabər müasir laminat növlərin görüntüləri və ekoloji göstəricilərinə görə taxta məhsullarına çox yaxındır. Textura seçımləri üzrə isə laminat məhsulları daha zəngin və genış çeşidindədirlər.
Həm laminat, həm parket lövhəsi tələb etdikləri qulluq şərtləri asandır və təmizlənmələri rahatdır, bu da sizin vaxtınızın qənaəti deməkdir. Beləliklə, eviniz üçün düzgün seçilmiş yer örtüyü sizin ümümi həyat tərzinizin yaxşılaşmasına qulluq edir.