Hər zaman aşağı qiymətpremium keyfiyyət

Cart 0

Nəqliyyat

İstər qatar, istər avtobus, istər təyyarə, istər gəmi olsun, rəsmi distribüteri olduğumuz Fransanın Gerflor və İsveçrənin Forbo şirkətlərinin məhsulları sırasında hər bir nəqliyyat vasitəsinə uyğun döşəmə növü mövcuddur. Daha rahat atmosfer yaratmaq üçün istər ənənəvi tək tonlu, istər sizin dizaynınıza uyğun, çox tonlu geniş sayda çeşidləri bizdən təmin edə bilərsiniz.

Nəqliyyat üçün istifadə olunan yer örtükləri demək olar ki, ən ekstremal şəraitdə öz funksiyalarını yerinə yetirirlər. Məhz bu səbəbdən seçim zamanı önəmlı şərtlər kimi hansısa ayrı xüsusiyyətlər yox, bütün xüsusiyyətləri özlərində kompleks şəkildə cəmləyən şərtlər olmalıdır.

Aşınmaya davamlıq, məhsulun xüsusi strukturu və quruluşu, sürüşməyə qarşı müqavimət, asan qulluq və təmizlənmə, mənfi və yüksək temperatur şəraitlərində stabillik, gözəl görünüş, rəng və tekstura çeşidi, günəş şüarlarına qarşı dözümlük, asan və tez quraşdırılma, ekoloji təhlükəsizlik, maliyyə cəhətdən əlverişli – bu şərtləri özlərində toplayan məhsullar mövcuddur və bunları əldə etmək üçün sadəcə “Floorex”-ə müraciət etmək lazımdır.

Floorex © 2025. Bütün hüquqlar qorunur.

ThemeREX © 2025. All Rights Reserved.