Hər zaman aşağı qiymətpremium keyfiyyət

Cart 0

Otellər üçün yer örtüklərinin seçimi, hər hansı digər sahələrdəki kimi, iki əsas şərtdən asılıdır – xarici görünüşdən və məhsulun keyfiyyət xüsusiyyətlərindən. Lakin otellərin döşəmələrinə qoyulan bir sıra tələblər xüsusi seçilir və “otel spesifikasiyaları” adlanır.

Otel spesifikasiyalar çərçivəsində məhsulların otelin ulduz saylarına, otaqların səviyyə göstəricilərinə, sahələrin təyinatına uyğun olaraq bölgüləri mövcuddur.

Otellər yaşayış üçün bir məkandır. Otel döşəmə örtüyünün seçimi spesifik bir məsələdir və başqa yaşayış sahələri (mənzillər, evlər və s.) üçün edilən seçimdən fərqlənir.

Otel döşəməsinin aşınmaya qarşı müqaviməti mənzillərdə istifadə olunan məhsulların müqavimətindən xeyli yüksək olmalıdır. İl ərzində onların üstündən yüzlərlə, minlərlə, on minlərlə insan hərəkəti yaşanır. Dəhlizlərə, zallara, qeydiyyat hissələrinə, bar və salonlara bu məqamı xüsusilə aid etmək olar.

Önəmli bir göstərici kimi rütubətə olan müqaviməti də qeyd etmək olar.  Bu hal giriş sahələrinə və texniki xidmət zonalarına xüsusilə aiddir.

Böyük əhəmiyyəti olan amil kimi döşəmənin yeniləmək imkanını sadalamaq olar. Otel döşəmələrin üzərinə böyük yük düşdüyü halda hər hansı bir anda zədələnmiş örtüklərin asan dəyişdirilmə ehtiyacı yarana bilər.

Oteldə gündəlik çoxsaylı insan axını yer örtüklərinə qısa müddətdə təmizlənməsi tələbini goyur. Bu baxımdan təmizlik və qulluq işlərinin asanlığı da nəzərə alınmalıdır.

Çox vacib göstəricilərdən biri istifadə olunan məhsulun yanğın təhlükəsizliyidir. Otel üçün yer örtüyü seçərkən siz gələcəkdə bu oteldə qalan insanlar qarşısında  məsuliyyət daşıdığınızı bilməlisiniz.

Bu sadalanan tələblərə cavab verən döşəmələri bizdən təchiz edə bilərsiniz. Bunlar həm parket məhsulları, həm laminat, həm elastik döşəmələr – PVC, həm giriş sistemləri, həm də otel sahələrində geniş istifadə olunan kovrolit məhsullarının növləri ola bilər.

Floorex © 2025. Bütün hüquqlar qorunur.

ThemeREX © 2025. All Rights Reserved.