Hər zaman aşağı qiymətpremium keyfiyyət

Cart 0

Brendlər

Bazarın nəhənglərindən biri olan Tarkett brendinin dünyanın bir çox ölkəsində müxtəlif növ yer örtüklərinin istehsalı ilə məşğul olan onlarla zavodu var. Sizə bu zavodların təqdim etdiyi saysız məhsulların bəzilərini təqdim edirik.

1975-ci ildən taxta emalı və döşəmə örtükləri sahəsində çalışan Polşanın Barlinek şirkəti məhsullarını bütün dünyada tanıda bilmişdir. Barlinek şirkətinin məhsulu nəinki Polşada və Avropada, hətta Şimali Amerika ölkələrində tanınmışdır. İl ərzində dünyanın 55 ölkəsində 9 million m2-dan cox “Barlinek” parketi satılır. İstehsalcı qazandığı uğurlar məhsulların yüksək keyfiyyət standartlarına və ətraf mühitə göstərdiyi münasibətinə əsəslanır. Hər satilan parket bağlaması Barlinek tərəfindən Polşa, Ukrayna və Russiyada xüsusi meşə zolağlarında əkilmiş növbəti ağac əkilməsi deməkdir.

CLASSEN dünyada ağac və ağac məhsullarının aparıcı istehsalçısıdır.Şirkət 1963-cü ildə Almanyanın Kaisersesch şəhərində Classen adı altında ilk zavodunu açıb.İkinci müəssisəsi Baruzda yerləşir.1990-cı ildə o,Polşanın bazarına Gorex Sp.kimi daxil olub və 1996-cı ildə Classen Polşa adı ilə fəaliyyətini Polşanın Rıbnik şəhərinin yaxınlığında olan Zvonovise bölgəsində davam etdirmişdir

Belçika və eləcə də Avropanın ən tanınmış xalı istehsalçısı olan AW ilk istehsalına keçən əsrin 60 cı illərində başlayıb. Dünyanın 60 dan artıq ölkəsinə ixrac olunan məhsullar artıq Azərbaycan alıcısına da təqdim olunur. Şirkətin ekoloji təmiz xammaldan istifadə edərək istehsal etdiyi xalçalar sizin də evinizi bəzəyəcək.

Zəngin tarixə malik olan Avstriyanın KAİNDL şirketi dünyanın tanınmış istehsalçılarındandır. 100 il bundan öncə Kaindl fabrikinin konveyerinde ilk DSP piltəsi hazırlanıb.Bu gün Kaindl müəssəsi dünya standartlarına cavab verən keyfiyyetli,xüsusəndə dözümlü və ekoloji təmiz,təhlükəsiz sağlam məhsul istehsal edir.İstehsal olunan məhsullar EO və E1 ekoloji sinifinə aiddir.Kaindldə olan farmaldegid birləşmələrinin emissiya dərəcəsi natural ağacda olan yer örtüyündən aşağıdır.Kaindl laminatı hal-hazırda ABŞ,Kanada, Avropa, C.Amerika və MDB ölkələrinin bazarlarında müvəffəqiyyətlə satışa çıxarılır. Xüsusi sixronizasiya texnologiyası ağac parketlərindən fərqlənməyən,hətta dekorun səthini hiss edecək qədər keyfiyyətli material əldə etməyə imkan yaradır.Həmçinin bu ekoloji sinifə daxil olan laminatları istilik sistemi ilə çalışan döşəmələrin üzərinə vurmaq mümkündür.

Floorex © 2025. Bütün hüquqlar qorunur.

ThemeREX © 2025. All Rights Reserved.