Yataq otağı evinizin fərqli bir hissəsidir. Gününüzün faydalı və uğurlu keçməsi, psixoloji və fiziki cəhətdən gündəlik durumunuz yataq otağın şəraiti ilə sıx bağlıdır və siz yataq döşəməsinin seçimini edərkən, ilk növbədə bu otağa aid məqamları nəzərə almalısınız.
İlk öncə, yataq otağı evin istirahət ücün olan xüsusi sahəsidir, və bu otaq üçün istifadə olunan məhsullar otağın ümümi şəraitini tamamlayaraq ən əsas sizin rahat istirahətinizi təmin etməlidir.
Evin başqa sahələrində siz əsasən aktiv şəkildə həyat tərzi keçirdiyiniz halda yataq otağına istirahət üçün daxil olursunuz. Bu da o deməkdir ki, bu sahənin aşınması evin başqa sahələri ilə müqayisədə daha aşağıdır.
Ayrı bir məqam odur ki, yataq otağı evinizin ən şəxsi sahəsidir. Yataq otağı döşəməsi səhər qalxarkən ayağınızı qoyduğumuz ilk, yatarkən isə son qoyduğunuz döşəmədir. Bu səbəbdən məhsul seçimi edərkən sizin üçün əsas amillərdən biri onun daha çox dəb-dəbəli və ya müasir olması yox, sizin şəxsi zövqünüzə uyğun olmasıdır.
Başda otaqlardan fərqli olaraq yataq otağında ayaqyalın hərəkət edən anlarınız daha çox olmaqdadır və sizin ayaqlarınız döşəməyə toxunarkan sizə xoş hisslər bağışlamalıdır, bu nüans yataq otağı ucün döşəmə seçimində sizin nəzərinizdə olmalıdır.
Cəmiyyətimizdə sərt döşəmələr daha geniş istifadə olunduğuna görə yataq otaqlarında da sərt döşəmələrdən (parket, laminat) daha çox istifadə edilir. Bu döşəmələrin ən əsas üstünlüyü odur ki, təmizlənmə və onlara qulluğ etmə işləri çox rahatdır. Yataq otağındaki parket və laminat döşəmələrin altından isti döşəmə vurulması məqsədəuyğundur. Təbii ki, bu çür döşəmənin xüsusiyyətlərin də istilik sistemləri ilə uyğun olması vacib bir məqamdır.
Son zamanlar xalıdan da istifadə edilməyə başlanıb. Bu da əsasən xalının isti və yumşaq olması ilə bağlıdır. Başqa yer örtükləri ilə müqayisədə xalı sərt döşəmə növü deyil, yumşaqdır, zədələrdən zərər görmür, səsuducu və səsizolyasiya qabiliyyəti daha yüksəkdir, ayaqaltını isti saxlayır və atlından istilik sistemlərin quraşdırmasını tələb etmir. Xalının üstündə ayaqyalın gəzmək ayaqaltı ücün bir massaj növüdir. Digər tərəfdən xalı ilə döşənmiş yataq otağının aurası daha gözəl olur və bu insanın gündəlik həyatına müsbət təsir göstərir.