Səhiyyə müəssisələri ən mürəkkəb və funksional döşəmə sistemlərini tələb edirlər. Döşəmələr binanın hissəsindən asılı olaraq ehtiyaclarına uyğun spesifik, müxtəlif tələblərə cavab verməli və bu hissələrin arasında funksionallıq və dizayn baxımından harmonik keçidi təmin etməlidir.
Gigiyena və hava keyfiyyəti standartlarına, elektrostatik göstəricilərə tam şəkildə cavab verməsi, çoxsaylı insan axınına dözümlülük, su və kimyəvi maddələrə dözümlülük, akustik xüsusiyyətlər, iş rahatlığı və s. – bunlar hamısı nəzərə alınmalıdır. Yer səthinin dizaynı da sağlamlığa stimul verməlidir.
Şirkətimiz sizə tikinti sektorunun ən geniş çeşiddə, yüksək keyfiyyətli səhiyyə döşəmələrini təklif edir. Biz təcrübəyə əsaslanaraq sizə, səhiyyədə çalışanlara xidmət etmək üçün yaradılmış, tikinti zamanı obyektlərin tam formalaşması üçün məhsullar təqdim edirik.
Səhiyyə obyektlərinin dəhlizləri, əməliyyat və sarğı otaqları, xüsusi texniki sahələri üçün ən universal təklifimiz PVC örtükləridir.
Sahələrin inzibati hissələrində döşəmə üçün lövhə parket və ya laminat məhsullarını seçmək olar. Konfrans, iclas və yığıncaq sahələrində müasir xalça (kovrolit) örtüklərini istifadə etmək məsləhətdir. Və nəhayət, səhiyyə obyektlərində təmizliyi təmin etmək üçün girişlərdə ayaqaltı təmizləmə sistemlərin quraşdırılması məqsədəuyğundur.