Təhsil müəssisələrin təminatında döşəmə örtüyünün seçımi önəmli bir məqamdır. Təhsil hər bir cəmiyyətin gələcəyini təmin edən ən vacib resurslardan biridir. Bu mənada birbaşa və ya dolayısı yolla cavanlarımızın təhsilinə aidiyyəti olanların üzərinə yüksək məsuliyyət düşür, və bu təhsil ocaqların təmir-tikintisi ilə məşğul olanlara eyni şəkildə aiddir.
Bu ocaqlarda xüsusi bir mühit hökm sürür, burada uzun illər ərzində uşaqlarımızın, yeniyetmələrimizin, cavanlarımızın çox zamanları və həyatları keçir. Yer örtükləri həmin bu sahələrin böyük hissəsini əhatə edərək onların ümumi mühitlərini formalaşdırırlar. Beləliklə, onlar ruh yüksəkliyinə və işgüzarlığa əhəmiyyətli təsir göstərirlər.
Döşəmə örtükləri həmçinin müsbət hal-əhvalı, daxili hava keyfiyyətini, rahatlığı və həmin sahələrin uzun müddətli istifadəsini təmin edən amillərdən biridir.
Yekun olaraq, yer örtüyün seçimi aşağıdakı parametrlər əsasında aparılmalıdır:
- davamlılıq
- müvafiq dizayn
- ekoloji təhlükəsizlik
- rahat təmizlənmə və qayğı
- zədə təhlükəsizliyi
Tələblərinizi ödəmək üçün sizə bir neçə seçim variantı təklif edə bilərik. İlk növbədə yüksək davamlığı olan parket lövhəsi modelləridir. Təbii ağac məhsulu olaraq parket lövhəsi təhsil ocaqlarına aid ənənəvi abu-havanı yaradır.
Siz həmçinin laminat örtüklərindən də istifadə edə bilərsiniz. Ağac və ya daş teksturalarını mükəmməl təkrarlayaraq bu örtük daha davamlı və maliyyə baxımından daha faydalıdır.
Müasir təklif olaraq sizə elastik örtüklərini təqdim edirik . Yuxarıda sadalanan bütün şərtlərə uyğun olamaqla yanaşı, onlar səs udma xüsusiyyətləri ilə seçılən bir məhsuldurlar, bu məqam isə təhsil müəssəsində sakitliyi yaradan vacib faktordur.