Xarici örtüyün keyfiyyətinə görə laminat bir neçə sinfə bölünür.
- Bu gün bazarda 31, 32, 33 və 34 sinif laminat tapa bilərsiniz. 31 və 32 yaşayış sahəsində demək olar ki, hər hansı bir otaq üçün uyğundur. 33 və 34-cü siniflər adamların çox olduğu yerlərdə – ticarət mərkəzlərində, kinoteatrlarda, xəstəxanalarda, otellərdə, barlarda və kafelərdə, yəni döşəmənin daim ağır yük altında olduğu yerlərdə istifadə olunur.
- Doğru laminat seçmək üçün onun qalınlığı ilə bağlı nüansları nəzərə almaq lazımdır.8, 10 və ya 12 millimetr ola bilər. Bir tərəfdən, laminat nə qədər qalın olsa, bir o qədər güclüdür. Otaqlar üçün daha qalın laminata üstünlük verilir