Parket qiymətlərinin formalaşmasına təsir edən bir neçə əsas faktorlar vardır. Bu faktorlar bunlardır
Ağacın növü
Fərqli ağac növləri fərqli xammal qiymətlərinə malikdir. Xammal qiymətlərindəki bu fərqlər parket qiymətinin ən başlıca qiymət faktorudur. Məsələn qoz ağacı palıd ağacından baha olduğu üçün qoz ağacından olan parketlər palıd parketlərdən daha baha olur.
Orta qat qalınlığı
Parketin ən dəyərli qatı olan orta qatın nə qədər qalın olduğu onun qiymətinə təsir edir. 2-8 mm arasında dəyişir. Qalınlıq artdıqca qiymət bahalaşır.
Üz örtüyü
Üz örtükləri müxtəlif materiallarda ola bilir – UB yağ, təbii yağ, lak və s. Fərqli örtüklər fərqli qiymətlərə malik olur.
İstehsal metodu
Parket istehsalında 2 istehsal metodu vardır – fabrik və əl istehsalı. Fabrik istehsalında məhsullar seriya haında sürətlə, standart formada istehsal olunur. Bu tip istehsalın maya dəyəri aşağıdır. Əl istehsalında isə bütün parketlər tək-tək usta əlindən keçərək xüsusi diqqətlə istehsal olunur. Bu istehsalın isə maya dəyəri çox yüksəkdir. Bu 2 istehsal metodunda yekun məhsulda gözəllik və keyfiyyət baxımından fərqlər olur.
